Hadisə

Bakıda sərxoş sürücünün törətdiyi qəzada 3 nəfər xəsarət alıb - FOTO

23 Oktyabr 2014 09:13
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Binəqədidə sərxoş sürücü qəza törədib.

APA-nın məlumatına görə,  Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsində "VAZ 2107" markalı avtomobili ilə sürətlə hərəkətdə olan, Cəlilabad rayon sakini Murtəza Həsənov sərt döngədə idarəetməni itirib. Nəticədə "VAZ 2107"  yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.
 
Minik avtomobilində olan sürücü və iki sərnişin ətrafdakıların  köməyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis əməkdaşları gəliblər. Taksi fəaliyyəti ilə məşğul olan Murtəza Həsənov və sərnişinlərinin sərxoş olduğu bildirilib.
 
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.