Hadisə

Azərbaycanda ağsaqqqallar toyda dalaşdılar: yaralı var - YENİLƏNİB

23 Oktyabr 2014 14:00
0 Şərh     Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
23.10.2014
14:00


Daşkəsəndə ötən gün baş tutan toy mərasimindən sonra dava düşüb. Davaya tərəflər arasında ədavət olması səbəb göstərilir. İçkili halda mübahisə edən qonşular illərdir yaranan narazılığa qanlı olayla son qoymaq istəyiblər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən sakini, 64 yaşlı Ziyad Əmiraslanov ötən gün axşam saat 23 radələrində müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərən həkimlər onun bədənində xəsarətlər aşkarlayıblar. 

Rafael Əsədov - həkim: "Xəstənin və yaxınlarının dediklərinə görə, o, qonşusu tərəfindən döyülüb. Xəsarətləri təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, alt çənədə 2 ədəd dişin zədələnməsi, döş qəfəsinin sol hissənin əziyi diaqnozu qoyulub. Xəstəyə lazım olan yardım göstərilib, hal-hazırda stasionar müalicədədir".

Yaralının və onun yaxınlarının sözlərinə görə, Əmiraslanova qonşusu Mərdan Bayramov xəsarət yetirib. Qonşular arasında uzun müddətdir yolla bağlı hökm sürən münaqişəyə tərəflər Kobalt qəsəbəsindəki toy məclisindən sonra sərxoş halda son qoymaq istəyiblər.

Ziyad Əmiraslanov - zərərçəkmiş şəxs: "Evdə otururdum, gördüm nalayiq sözlər işlədir. Dedim, çıxım qardaşını gətirim, bunu başa salsın. Bu, həmişə belədir. Ağzımda dişim də qalmadı".

Pirəli Əmiraslanov - zərərçəkmiş şəxsin oğlu: "O yola bütün kəndin rəhbərliyi gəlib baxıb. "KamAZ" keçəsi deyil, amma xırdatutumlu nəqliyyat vasitəsi keçə bilər. Ona yol verildi. Onun ədavəti də bundan sonra başlayıb".

Baş vermiş hadisəyə görə kimin məsuliyyət daşımasına isə Daşkəsən polisi aydınlıq gətirəcək. 

---------
09:00

Daşkəsən sakinləri toyda yeyib-içdikdən sonra köhnə ədavətləri yadına düşüb. İçkili halda mübahisə edən qonşular illərdir yaranan narazılığa qanlı olayla son qoymaq istəyiblər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən sakini, 64 yaşlı Ziyad Əmiraslanov ötən gün axşam saat 23 radələrində müxtəlif xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərən həkimlər onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər aşkarlayıblar. Yaralının və onun yaxınlarının sözlərinə görə, Əmiraslanov qonşusu Mərdan Bayramovun müqavimətinə tuş gəlib. Belə ki, qonşular arasında uzun müddətdir yolla bağlı münaqişə hökm sürür. Dünən günorta saatlarında yaşadıqları Kobalt qəsəbəsində toy məclisində iştirak edən qonşular illərdir davam edən  mübahisəyə sərxoş halda son qoymaq istəyiblər. Bu zaman Mərdan Bayramov Ziyad Əmiraslanova müxtəlif bədən xəsarətləri yetirib.

Pirəli Əmirasalanov, zərərçəkmiş şəxsin oğlu: "O yola bütün kəndin rəhbərliyi gəlib baxıb. "KamAZ" keçəsi deyil, amma xırdatutumlu nəqliyyat vasitəsi keçə bilər. Ona yol verildi. Onun ədavəti də bundan sonra başlayıb".

Hadisəyə görə kimin məsuliyyət daşımasına isə Daşkəsən polisi aydınlıq gətirəcək.

------------------
22.10.2014
23:49

Daşkəsəndə qonşular arasında düşən mübahisə qanlı sonluqla bitib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 23 radələrində Daşkəsən sakini 64 yaşlı Ziyad Əmraslanov müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Həkimlər xəstəyə dərhal ilkin yardım göstəriblər, hazırda Ziyad Əmraslanovun səhhəti orta ağır kimi qiymətləndirilir.

Xəsarət alan şəxsin yaxınlarının sözlərinə görə Ziyad Əmraslanov qonşusu tərəfindən döyülüb.

Faktla bağlı Daşkəsən rayon polis şöbəsində araşdırılma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.