Hadisə

Zaqatalada ev yandı - VİDEO

22 Oktyabr 2014 17:54
0 Şərh     Baxış: 3 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonu Muxax kəndində, İsayev Rüstəm Şərif oğluna məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək otaqlara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində evin çardağının 60 kv/m-lik səhəsinin yanar konstruksiyası və mətbəxin tavan hissəsinin 15kv/m sahəsi yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahiblərindən heç kəs evdə olmayıb. İlkin olaraq yanğına səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma göstərilir. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.