Hadisə

Azərbaycanda dəhşət: 2 nəfər öldü, 3-ü yaralandı

22 Oktyabr 2014 13:26
0 Şərh     Baxış: 1 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda ağır yol qəzası baş verib

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Bünyadlı kəndində qeydə alınıb.

Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüblər. Hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.