Hadisə

Balakən sakininin həbsxanada alt paltarı şousu - FOTO

22 Oktyabr 2014 12:07
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qohumu üçün həbsxanaya alt paltarında narkotik maddələr keçirmək istəyən Balakən sakini saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Orxan Ağasəf oğlu Səfərəliyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu, Balakən rayonu, Qullar kəndində yaşayan vətəndaş Tamara Kamil qızı Əzizovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan paketlərdə 100 ədəd dərman həbi - metodon, 3,882 qram narkotik maddə - heroin və 4,480 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Orxan Səfərəliyev Cinayət Məcəlləsinin 181.1.2 (quldurluq) maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.