Hadisə

Bakının yeni tunelində faciə - FOTO

22 Oktyabr 2014 09:22
2 Şərh     Baxış: 3 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonu ərazisində, Müzəffər Nərimanov küçəsində baş verib. "Toyota Land Cruiser" markalı, H0 18 100 dövlət nömrə nişanlı avtomobilin dairəyə çırpılması nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
 
İlkin məlumata görə, "Toyota Land Cruiser" markalı avtomobil "İnter-Arena" stadionunun yaxınlığında yeni istifadəyə verilən tunellə hərəkət edib və sürətlə Müzəffər Nərimanov küçəsinə çıxıb. Sürücü qaranlıq yolda dairəni görməyib və maşını beton dairəyə çırpıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücü sükan arxasında dünyasını dəyişib. Hadisə şahidləri maşının döşəməsinə düşən sürücünün meyitini çıxarıblar.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır, sürücünün şəxsiyyəti dəqiqləşdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.