Hadisə

Azərbaycanda avtobusda tərbiyəsizlik: qadın ağır xəsarət aldı

21 Oktyabr 2014 15:51
3 Şərh     Baxış: 6 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncə şəhərində qadının pul kisəsi oğurlanıb, özü isə avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Səadət Nağıyeva ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qadın bu gün saat 12 radələrində şəhərdə 9 nömrəli sərnişin avtobusuna mindiyini, bir qədər sonra dayanacaqda düşmək istəyən zaman pul kisəsinin oğurlandığını hiss etdiyini deyib. O, sürücüdən avtomobili saxlamağı və avtobusu yoxlamağı xahiş etsə də, sürücü ona əhəmiyyət verməyib. Bu zaman yenidən avtobusa minmək istəyən qadın yanında olan 2 yaşlı uşağı ilə yerə yıxılıb.

S.Nağıyevanın bildirdiyinə görə, pul kisəsində 400 manat, qızıl qolbağı, boyunbağı, sosial, qaz və elektrik enerjisi ödəmə kartları olub.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.