Hadisə

Əzrayıl Kürdəmirdə belə geri çəkildi - TƏFƏRRÜATLAR - VİDEO +18

21 Oktyabr 2014 10:30
2 Şərh     Baxış: 6 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün Kürdəmir yolunda dəhşətli qəza barədə xəbər vermişdik. Hadisənin yeni təfərrüatlarını əldə etdik.
Milli.Az xəbər verir ki, dəhşətli qəza ötən həftənin şənbə günü baş verib. Qəza zamanı möcüzəvi şəkildə sağ qalan şəxsin adı da bəlli olub - Tural Məmmədov.

Gəncədən Bakıya gələn Tural, ilkin ehtimallara görə, yuxulu olduğundan qəzaya düşüb. Kürdəmir yolunda "KİA" markalı avtomobili idarəetmədən çıxaraq bir neçə dəfə yuvarlanıb, yolun kənarına banı üstə düşüb.

Hadisədən sağ çıxan Turalın sol çiyni sınıb və ön şüşənin sınması səbəbindən üz-gözü çapılıb. Dərhal xəstəxanaya çatdırılan sürücü bir neçə gündən sonra evə buraxılıb.

Bildirək ki, Turalın hal-hazırda qolu gipsdədir və ev şəraitində müalicə alır.

Ceyhun Ələkbərov
Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.