Hadisə

Bakıda qatar qəzası sakinləri vahiməyə saldı - YENİLƏNİB - VİDEO - FOTO

21 Oktyabr 2014 11:22
0 Şərh     Baxış: 3 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keşlədə yanacaq məhsulları ilə dolu 15 vaqon relsdən çıxıb

11:10

Bakının Nizami rayonunda bu gün hərəkətdə olan qatar relsdən çıxıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Nizami rayonunun Keşlə qəsəbəsində yanacaq sisternləri daşıyan qatar hərəkətdə olarkən relslər aralanıb və bir neçə təkər cütü relsdən çıxıb. Lakin xoşbəxtlikdən, hər hansı başqa ağır hal baş verməyib.

Onun sözlərinə görə, dərhal hadisə yerinə "Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri cəlb olunublar. Artıq qəzanın nəticələri aradan qaldırılıb və qatar hərəkətini davam etdirib.

Faktla bağlı araşdırma aparılır.

----------
09:19

Bakının Nizami rayonu Keşlə qəsəbəbəsində qatar qəzaya uğrayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun anspress-ə verdiyi məlumata görə, yanacaq məhsulları ilə dolu 15 vaqon relsdən çıxıb. Xoşbəxtlikdən, vaqonlardan heç biri aşmayıb.

Hadisədən sonra əraziyə dəmir yolu işçiləri gəlib. Yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, qəza baş verən ərazi yaşayış evlərinin yaxınlığındadır. Bu səbəbdən də, əhali hadisədən "panikaya" düşüb.

Milli.Az

----------
11:22

Videonu izləmək üçün şəklə klikləyin.



Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.