Hadisə

Azərbaycanda 2 maşın toqquşub, ölən və yaralılar var - YENİLƏNİB

21 Oktyabr 2014 11:35
0 Şərh     Baxış: 2 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:35

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması bir nəfərin ölümünə səbəb olub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə ötən gün axşam saat 23:30 radələrində Gəncənin Nizami prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində qeydə alınıb. Nizami prospekti ilə mərkəz istiqamətində hərəkətdə olan 22 yaşlı Reyhun Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Tağı Arani küçəsi ilə Bayraq meydanı istiqamətində hərəkətdə olan, Göygöl rayon Üçtəpə kənd sakini, 26 yaşlı  Emin Ələsgərovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.  Nəticədə "Niva"da olan sərnişin, Göygöl rayon sakini, 44 yaşlı Nahidə Hüseynova  zərbənin təsirindən avtomobildən çıxaraq yerə çırpılıb. Yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

"Niva"da olan digər şəxslər, sürücü Emin Ələsgərov və onun anası, 44 yaşlı Həqiqət Ələsgərova isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Şahin Quliyev
- həkim: "Ələsgərov Eminin sol göz ətrafı nahiyənin əzilmiş-sıyrılmış yarası var. İlkin yardım göstərilib, hal-hazırda sonrakı müalicəsi üçün şöbəyə yerləşdirilib. Onun anasının isə sol çiyin oynağında sıyrılmış-əzilmiş yaralar var. İlkin tibbi yardım göstərilib və sonrakı müalicəsi üçün ambulatoriyaya göndərilib". 

Qəzaya kimin səbəb olduğu aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

---------
09:05

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə dünən axşam saat 23.30 radələrində Gəncənin Nizami prospekti ilə Tağı Arani küçəsinin kəsişməsində baş verib. Nizami prospekti ilə mərkəz istiqamətində  hərəkətdə olan "VAZ 2107" markalı avtomobil Tağı Arani küçəsi ilə Bayraq meydanı istiqamətində hərəkətdə olan "Niva" markalı avtomobillə toqquşub. 

Nəticədə "Niva" markalı avtomobildə olan sərnişin, Göygöl rayon sakini 44 yaşlı Nahidə Hüseynova zərbənin təsirindən avtomobildən çıxaraq yerə çırpılıb. Yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. "Niva"da olan digər şəxslər - sürücü, 26 yaşlı, Göygöl sakini Emin Ələsgərov və anası 44 yaşlı Həqiqət Ələsgərova müxtəlif bədən xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər. Digər avtomobilin sürücüsü hadisə yerini tərk etdiyindən hələlik onun kimliyini müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.