Hadisə

Azərbaycanda doğuş zamanı ana və uşaq öldü - YENİLƏNİB

20 Oktyabr 2014 20:01
7 Şərh     Baxış: 5 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:01

Mingəçevirdə gənc ananın doğuş zamanı övladı ilə birgə ölümünün təfərrüatları məlum olub.

APA-nın xəbərinə görə, həkimlər qadının dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildiriblər.

Qeyd olunub ki, bu hal baş verən zaman qadında şok və kəskin şok koaqulapatiyaları əmələ gəlib.
 

Belə hadisələrə nadir hallarda rast gəlinsə də, 70-90 faizi ölümlə nəticələnir.

Xatırladaq ki, hadisə bu gün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib. Doğuş zamanı 1984-cü il təvəllüdlü Qasımova Svetlana Adil qızının vəziyyəti qəflətən pisləşib, onda yüksək temperatur və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Məlumata görə yeni doğulan, çəkisi 4,1 kq olan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.


---------
18:19

Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb.

Milli.Az bildirir ki, Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün şəhər ərazisində yerləşən Doğum evində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova doğuş zamanı dünyasını dəyişib.
 

Doğuş zamanı körpə də həyatını itirib.
 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.