Hadisə

Azərbaycandakı dəhşətli faciənin görüntüləri yayıldı - VİDEO

20 Oktyabr 2014 15:16
0 Şərh     Baxış: 2 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabulda elektrik xətti maşının üstünə düşdü, ər-arvad öldü

Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb.

APA TV-nin məlumatına görə, Pirsaat qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq, "VAZ 2106" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən, cərəyan onu vurub öldürüb. Cərəyan sürücünün maşında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Seyranə Əli qızı Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə qadın avtomobildə yanaraq ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.