Hadisə

Xaçmazda avtomobil 45 yaşlı piyadanı vuraraq öldürdü

20 Oktyabr 2014 13:17
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın verdiyi məlumata görə, hadisə Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Xaçmaz şəhər sakini, 1959-cu il təvəllüdlü Səmədov Nəsrəddin Şəmsəddin oğlu idarə etdiyi "QAZ - 31" markalı avtomobillə piyada Xaçmaz rayonu, Nərəcan kənd sakini, 1969-cu il təvəllüdlü Cavadov Gülqadaş Nəsrulla oğlunu vurub. Qəza nəticəsində piyada dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.