Hadisə

Binanın fasadı avtomobilin üstünə uçdu - FOTO

19 Oktyabr 2014 20:39
0 Şərh     Baxış: 2 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün havanın kəskin dəyişməsi və güclü küləyin əsməsi bir sıra fəsadlara səbəb olub. Milli.Az aznews.az-a istinadən xəbər verir ki, belə fəsadlardan biri də Xırdalan şəhərində baş verib. Güclü külək şəhərin Qalubiyyə küçəsində inşa edilən hündür mərtəbəli binanın fasadını uçurub və tikinti materiallarını yerə atıb.

Xoşbəxtlikdən gediş-gəliş sıx olan bu küçədə xəsarət alan olmayıb, lakin binanın yaxınlığında park edilən 10-CP-155 dövlət nömrə nişanlı VAZ 21-07 markalı avtomobil möhkəm əzilib. Beləliklə tikintidə təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, avtomobil sahibinə maddi ziyan dəyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.