Hadisə

Bakıda partlayıcı qurğu aşkarlanıb

19 Oktyabr 2014 11:03
0 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkarlandığı haqda məlumat daxil olub.

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər.

Müəyyən olunub ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.