Hadisə

Qadın abort zamanı öldü, həkim qaçıb gizləndi - VİDEO

2 Oktyabr 2014 10:59
3 Şərh     Baxış: 5 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölən gəlinin qohumu: "Həkim S.Şahbazovanı abort edərkən öldürüb"

Bərdədə növbəti ana ölümü baş verib. Bərdənin Cəyirli kənd sakini 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib.

ANS TV-nin məlumatına görə, əslən Yardımlıdan olan Sitarə Şahbazova 6 il əvvəl Bərdənin Cəyirli kəndinə gəlin köçüb. Dünən saat 15 radələrində öz istəyi ilə abort olmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gəlib. Yaxınlarının sözlərinə görə, xəstaxanaya gələn zaman mərhumun səhhətində problem olmayıb. Sitarə Şahbazovanın dünyasını dəyişməsinə görə ailə üzvləri həkimləri günahlandırırlar.

Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim S.Şahbazovanı abort edərkən öldürüb:

"Həkim sonra çıxıb deyib ki, xəstənin vəziyyəti pisdir. Yiyəsi hanı? Bu gəlin də su gətirməyə gedibmiş, girib içəri ki, ölüb. Ondan sonra həkim qaçıb gizlənib, yoxdur".

Sitarə Şahbazovanı abort edən həkimi tapmasaq da, doğum şöbəsinin növbətçi həkim Tahirə Abbasova baş vermiş hadisə ilə bağlı bunları dedi:

"Saat 14:30 radələrində ginekologiya şöbəsinə həkimə müraciət etmiş, pozulmuş abort diaqnozu ilə daxili müayinə edən zaman xəstədə epileptik tutmalar olub. Bir dəfə xəstəni vəziyyətdən çıxartsalar da tutmalar davam edib, ürək fəaliyyətini dayandırıb. Göstərilən yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmayıb", - deyə həkim Tahirə Abbasova qeyd edib.

Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə gətirilib.

Hazırda faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.