Hadisə

Penitensiar Xidmətin əməkdaşı qəza törətdi: 3 yaralı

2 Oktyabr 2014 08:55
0 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə sərxoş sürücünün avtomobili yüksək sürətlə idarə etməsi qəza ilə nəticələnib. Hadisə zamanı 3 nəfər xəsarət alıb. 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ağır yol nəqliyyat hadisəsi gecə saat 1 radələrində baş verib. Şəhər sakini, 34 yaşlı Anar Rəhimov idarə etdiyi "KİA OPTİMA" markalı avtomobillə Heydər Əliyev prospekti ilə üzü mərkəz istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxıb və bardürləri aşaraq hasara çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişinlər - 35 yaşlı Etibar Məmmədov, eləcə də 35 yaşlı Rövşən Həsənov ağır bədən xəsarətləri aldıqlarından Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin müdaxiləsi nəticəsində zərərçəkmişlərin həyati təhlükəsi aradan qaldırılıb. Ağır vəziyyətdə olan Etibar Məmmədov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəb olub. Qeyd edək ki, KİA-nın sürücüsü Anar Rəhimov Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi vəzifəsində çalışır. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.