Hadisə

Azərbaycanda dəhşətli hadisə: toy çadırında yas mərasimi qurulacaq

1 Oktyabr 2014 19:40
19 Şərh     Baxış: 12 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı- Şamaxı yolunun 83-cü km-də Qobustan rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, "VAZ 21 07" markalı minik maşınının sürücüsü avtomobili yeni alıbmış.

O, yeni aldığı maşını sınaq məqsədi ilə magistral yolda idarə edərkən bir anda idarəteməni itirib və qarışıdan gələn "Ford" markalı sərnişindaşıma mikroavtobusu ilə toqquşub. Bu zaman mikroavtobus yolun kənarında gözləyən "VAZ 21099" markalı digər minik maşınına çırpılıb. Minik avtomobili dərəyə yuvarlanıb.

Hadisə yerinə gələn FHN-nin Qobustan rayon Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən avtomobildə sıxılıb qalan yaralılar xilas edilərək, Qobustan Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər. Qəzada 1988-ci il təvəllüdlü Səməndər Rəfiyev, 1992- ci il təvəllüdlü Bəhrəm Dəmirov, 1973- cü il təvəllüdlü Nailə Məmmədova, 1964-cü il təvəllüdlü Arzu Abdullayeva, 1994-cü il təvəllüdlü Südabə Əliyeva, 1958-ci il təvəllüdlü Rafiq Adıgözəlov, 1991-ci il təvəllüdlü Zeyvur Ağamalıyev, 1989-cu il təvəllüdlü Nəriman Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Qobustan rayon Xilmilli kəndi sakini, 25 yaşlı Hünər Mehralıyev həyatını itirib. Mərhumun sabah toyu olacaqmış.

Faktla əlaqədar Bakı şəhər BDYP-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.