Hadisə

Sumqayıtda qaçırılaraq yandırılan qız öldü

1 Oktyabr 2014 19:28
5 Şərh     Baxış: 3 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaçırıldığı oğlan tərəfindən yandırılan qız həyatını itirib

Ötən gün qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb.

Milli.Az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən xəbərdə bildirilir ki, Lalə Xanıyeva bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada keçinib.

Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi "Mercedes" markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.