Hadisə

Azərbaycanda daha bir ana cərahiyyə masasında can verdi

1 Oktyabr 2014 19:16
1 Şərh     Baxış: 3 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərhumun qohumları ölümdə həkimləri günahlandırırlar

Azərbaycanda daha bir ana ölümü baş verib.

Anspress-in məlumatına görə, hadisə Bərdə rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bərdə rayon Dəyirli kənd sakini, 36 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib. Əslən Yardımlı rayonundan olan Sitarə Şahbazovanın 2 və 5 yaşında iki övladı olub.

Bərdə rayon Xəstəxanasının həkimləri Sitarə Şahbazovanın epilepsiya xəstəsi olduğunu və əməliyyat zamanı qıc olmadan öldüyünü bildirib.

Lakin onun qohumları ölüm hadisəsinin həkimlərin məsuliyyətsizliyindən baş verdiyini bildirib. Faktla bağlı Bərdə rayon Prokrorluğunda araşdırmalara başlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.