Hadisə

Bakıda taksi sürücüsü xanım jurnalistə hücum çəkdi

1 Oktyabr 2014 15:46
1 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın əməkdar jurnalisti, "Bakinskiy raboçiy" qəzetinin baş redaktoru Tatyana Çaladze hücuma məruz qalıb. Milli.Az vesti.az-a istinadən bildirir ki, hadisə sentyabrın 26-dan 27-ə keçən gecə baş verib. Bakıdakı "London taksisi"nin sürücüsü ona hücum edib.

Jurnalist xanım başına gələnləri belə danışıb:

""Nizami" kinoteatrının qarşısındakı redaksiyamızdan çıxırdım. Taksi saxlayıb ünvanımı söylədim. Evə çatanda taksi kobud şəkildə məndən artıq pul tələb etməyə başladı. Həmin məbləğ nə sayğacda göstərirdi, nə də ki üzərimdə o qədər pul yox idi. Pulu verməkdən imtina edəndə o sükanı Suraxanı istiqamətinə çevirdi. Yol boyu mənə hədə-qorxu gəlməyə başladı.

Qapıdan çıxmaq mümkünsüz idi. Çünki qapılar bloklanmışdı. Pəncərəni sındırmaq istədim ki, yardım çağırım.

Xoşbəxtlikdən həmin vaxt yanımızdan yol patrul xidməti əməkdaşı keçirdi. Onlar taksinin salonunda nəyinsə qaydasında olmadığını hiss etdilər və sürücüyə dərhal saxlamaq göstərişi verdilər. Mənim izahatımı dinlədikdən sonra hər ikimizi Xətai rayonu, 36-cı polis bölməsinə apardılar. Orada mən ərizə yazdım".

Jurnalist xanım stressli vəziyyətə baxmayaraq, həmin taksinin dölət qeydiyyat nömrəs nişanını da yadda saxlayıb - 90 АТ 022.

Xətai rayonu, 36-cı polis bölməsindən isə bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.