Hadisə

Sumqayıtda dəhşətli hadisənin gizlinləri ortaya çıxdı - YENİLƏNİB - FOTO

30 Sentyabr 2014 17:21
13 Şərh     Baxış: 7 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yanğınla bağlı maraqlı təfərrüatlar ortaya çıxıb


17:21


Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində avtomobil yanıb.

APA-nın məlumatına görə, 50 CP 716 dövlət nömrə nişanlı avtomaşının içərisində olan sürücü yanaraq ölüb, onun sərnişini isə müxtəlif bədən xəsarətləri ilə Sumqayıt şəhər Xəstəxanasına yerləşdirilib.


APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, maşının sürücüsü olan Sumqayıt sakini qızı evlənmək məqsədilə qaçırıb. Qız isə buna etiraz edib. Bu səbəbdən oğlan maşında olan benzini həm qızın, həm də özünün üzərinə tökərək yandırıb.


Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, magistral yolda baş verən yanğın hadisəsi zamanı 1983-cü il təvəllüdlü Mansur Mahir oğlu Yaqubov yanaraq ölüb, şəxsiyyəti hələlik məlum olmayan bir nəfər qadın isə yanıq xəsarətləri alıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalar aparılır.


---------
16:21

Sumqayıt şəhərində sürücü dəhşətli hadisənin qurbanı olub. Hələlik şəxsiyyəti məlum olmayan sürücü maşınında diri-diri yanıb kül olub.

Hadisə bir neçə dəqiqə əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.

Şəhər Prokurorluğundan Milli.Az-a bildirildi ki, hələlik hadisənin necə və hansı şəraitdə baş verməsi məlum deyil. Prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.

Gülər
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.