Hadisə

Bakıda partlayış: yeniyetmə ağır xəsarət aldı

30 Sentyabr 2014 11:45
0 Şərh     Baxış: 1 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün Bakıda dəhşətli partlayış olub
Yasamal rayonu Alatava 1 ünvanında qeydə alınmış partlayış evin hamamında baş verib. Hadisə zamanı ev sakini, 1999-cu il təvəllüdlü Mirzəyev Orxan Əziz oğlu hamama girərək qaz sobasını yandırmaq istəyib.

Qazın otağa sızması nəticəsində güclü partlayış baş verib. Yeniyetmə ciddi xəsarətlər alıb və təcili tibbi yardımla 5 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxananın yanıq şöbəsindən Milli.Az-a verilən məlumata görə, Mirzəyev Orxan saat 16:05-də xəstəxanaya çatdırılıb. O, ikinci dərəcəli ağır yanıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.