Hadisə

Toyda kütləvi davanın təfərrüatları - VİDEO

30 Sentyabr 2014 12:53
1 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə demişdilər ki, danışmayım"

Ağcabədidə toy zamanı baş verən dava qətllə nəticələnib.

ANS TV-nin məlumatına görə, hadisə rayonun Hacıbədəlli kəndində olub. Toyda baş verən mübahisə davaya çevrildikdən sonra tərəflər bıçağa əl atıblar. Nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar Ağcabədi MRX-ya çatdırlısalar da, xəsarət alan, bəyin xalası oğlu, 21 yaşlı Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Oğlunun dünyasını dəyişməsindən xəbəri olmayan Nəzakət Abbasova isə hadisə barədə bunları dedi:

"Dava düşdü, sonra da sakitçilik oldu, evin adamları məndən xahiş etdilər ki, şikayət etməyim. İş bağlanacaqdı".

Xəstəxanadan aldığımız məlumata görə, bıçaq Elnur Məmmədovun ürək nahiyəsinə yaxın hissəyə dəyib. Ağcabədi MRX-nın cərrahiyə şöbəsindən onu da bildirdilər ki, xəsarət alanlardan biri də bəy anası Akifə Orucova olub. Vəziyyəti normal olduğundan artıq evə buraxılıb.

Digər yaralıların müalicələri davam etdirilir. Hadisə baş verən ünvanda olsaq da ailə üzvləri açıqlama verməkdən imtina etdi.

Ağcabədi Rayon Prokurorluğundan verilən məlumata görə, hazırda araşdırmalar gedir və faktla bağlı hələlik saxlanılan yoxdur. Hadisənin hansı səbəbdən, kim və ya kimlər tərəfindən törədilməsi isə rayon prokurorluğunun araşdırmasından sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.