Hadisə

Güclü külək paytaxtda ağacları aşırdı - FOTO

30 Sentyabr 2014 09:07
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə paytaxtda müşahidə olunan kəskin küləkli hava fəsadsız ötüşməyib.

APA-nın məlumatına görə, Yasamal rayonu, Balababa Məcidov küçəsində irigövdəli ağac Anar Bayramova məxsus "Hyundai" markalı maşının üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.
 
Xətai rayonu Yavər Əliyev küçəsində isə, qovaq ağacı yaşayış binasının üzərinə aşıb. Bəzi evlərin dam örtüyü yararsız vəziyyətə düşüb.  Xətai Rayon İcra Hakimiyyətinə üz tutan sakinlərə isə bildirilib ki, evlərin dam örtüyünün sıradan çıxması ilə bağlı tədbir görüləcək.
 
Qeyd edək ki, Bakıda küləkli və yağışlı havanın bir neçə gün davam edəcəyi gözlənilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.