Hadisə

Bakıda "Jiquli" "KamAZ"a çırpıldı: 4 ölü - YENİLƏNİB - VİDEO - FOTO

30 Sentyabr 2014 14:10
2 Şərh     Baxış: 5 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:33

Ötən gecə saat 23:10-da baş vermiş qəzada ölənlərdən üçünün şəxsiyyəti hələ ki, bilinməyib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Milli.Az-a verilən məlumata görə, Sabunçu rayonunda baş vermiş qəzada ölən 4 nəfərdən biri qadındır.

--------
08:59

Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə  şəhər  şosesində  qeydə  alınıb. Elçin Alıyev  idarə  etdiyi  "VAZ 2102"  markalı  avtomobillə  Maştağa  istiqamətində   yüksək  sürətlə hərəkətdə  olarkən idarəetməni  itirib və   yolun  kənarında  dayanan  "KamAZ" a arxadan  çırpılıb. Nəticədə  avtomobildə  olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə  yerindəcə  dünyalarını dəyişiblər.
 
Dərhal hadisə yerinə FHN-in xilasediciləri, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları  və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
 
Hadisənin baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq "VAZ 2102" avtomobilinin    sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

Ceyhun Ələkbərov
Milli.Az


---------
14:10

Videonu izləmək üçün şəklə klikləyin.





---------
08:59

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.