Hadisə

Bakıda külək toyda təşviş yaratdı: şadlıq evinin şüşələri qırıldı

29 Sentyabr 2014 21:58
2 Şərh     Baxış: 5 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün başlayan güclü külək Bakının məşhur şadlıq saraylarından birində - "Oskar"da həyacanlı anlar yaşadıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, saat 18:00 radələrində toya start verilən ərəfədə qəfildən zala şüşə parçaları tökülüb. Bu isə toya şənlənmək üçün yenicə gələn qonaqları bərk qorxudub.

Hətta, qonaqların əksəriyyəti təhlükəsizlik baxımından dəhlizə çıxıb.

Xöşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Bakının Nizami rayonunda yerləşən bu şadlıq evində hazırda qonaqlar təşviş içindədir.

Qonaqların çoxu zalı tərk edib. Onlar digər pəncərələrin də qırıldığından qorxuya düşüblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.