Hadisə

Yol polisindən Göyçaydakı "qan karvanı" ilə bağlı əhaliyə MÜRACİƏT

29 Sentyabr 2014 17:40
1 Şərh     Baxış: 1 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda "toy karvanı" "qan karvanı"na dönüb. Baş verən yol qəzasında 9 nəfər ölüb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Hadisə bu gün Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Qəza həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları müşayiət edən avtomobil karvanında baş verib. Hadisəyə səbəb toy karvanındakı avtomobillərdən birində gənclərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması olub. Qəza nəticəsində 9 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

K.Əliyev "toy karvanları"nda belə hadisələrin artıq nadir hal olmadığını deyərək əhaliyə müraciət edib: "Əgər gənclər spirtli içki qəbul edir və "toy karvanı"nda qəzaya meylli manevrlər edirlərsə, onda bəs ağsaqqallar hara baxırlar? Niyə onlar öz tövsiyələrini vermirlər? Biz bu qədər maarifləndirmə işləri aparırıq. Niyə onlara məhəl qoyulmur? Axı adətimizə görə toy gənclərin sevinc, şad günüdür, matəm və qırğın günü yox".

Şöbə rəisi bir daha avtomobil sürücülərinə "toy karvanı"nda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.