Hadisə

Həftəsonu Azərbaycanda "yol terroru": 13 ölü, 27 yaralı

29 Sentyabr 2014 14:55
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftəsonu Azərbaycan yollarında baş vermiş qəzalar nəticəsində 13 nəfər ölüb

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən şənbə və bazar günləri Azərbaycan yollarında 17 yol qəzası baş verib. Qəzalar nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb.

Belə ki, sentyabrın 27-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

Sentyabrın 28-də isə ölkədə 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.