Hadisə

Azərbaycanda ər-arvad qəzada yaralandılar - YENİLƏNİB - VİDEO

29 Sentyabr 2014 14:30
0 Şərh     Baxış: 2 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:04

Ötən gün axşam saatlarında Şəki ərazisində yol qəza hadisəsi baş verib.  Qəza zamanı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər xəsarət alıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, hadisə saat 20 radələrində Şəkinin Baş Göynük kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Baş Layıskı kənd sakini Şərifov Nəriman Hacıbala oğlu idarə etdiyi 99-DR-698 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq  avtomobili aşırıb. Nəticədə sürücü və onun həyat yoldaşı, Şərifova Səadət Səfərəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzadan sonra avtomobil yararsız vəziyyətə düşüb. Kənd sakinlərinin sözlərinə əsasən, bu cür qəzalar bu ərazidə tez-tez baş verir.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

----------
14:30

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.