Hadisə

Azərbaycanda daha bir zəlzələ - YENİLƏNİB - VİDEO

29 Sentyabr 2014 21:42
39 Şərh     Baxış: 18 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
21:42

Azərbaycanda zəlzələ baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 29-u, Bakı vaxtı ilə saat 20:35-də Qəbələ rayonundan 19 km şimal-şərqə zəlzələ qeydə alınıb.

Episentrdəki zəlzələ 4 bal olub. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3 baldan artıq hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı olmayıb.

--------
18:36

Azərbaycanda yenidən zəlzələ olub.

APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ bu gün saat 11:07-də Lerikdən 22 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrində dərinlik 20 km, maqnitudası 3 bal olub. Zəlzələ hiss olunmayıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:30-da Xəzər dənizində qeydə alınıb. 3.0 maqnitudada, 51 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.

----------
13:54


Milli.Az RTV-yə istinadən bildirir ki, sentyabrın 29-u səhər saatlarında respublika ərazisində baş verən zəlzələ Qubanın Xınalıq kəndində müəyyən fəsadlar törədib.

Quba rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati dairəsi üzrə nümayəndəsi Füzuli Şərifov bildirib ki, yaşayış məntəqəsindəki evlərdə dağıntı qeydə alınmasa da 10-a yaxın evin və bir neçə yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib. Çatlar əsasən çoxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb. Kənd icra orqanları zəlzələdən ziyan çəkən evlərə baxış keçirib, sakinlərlə görüşüblər. Evlərə dəyən ziyan barədə əlaqədar qurumlar məlumatlandırılıb. Quba Rayon Fövqalədə Hallar Komissiyasının üzvləri də vəziyyətlə yerində tanış olmaq üçün Xınalıq kəndinə olacaqlar.

--------
11:32

Azərbaycanın Lerik rayonunda da zəlzələ baş verib. Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, ilkin məlumatlara əsasən, saat 11:08-də Lerikdən 22 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Yeraltı təkanların maqnitudası 3,2 bal, dərinliyi 20 km olub.

---------
10:53

Qəbələdə gün ərzində ikinci zəlzələ qeydə alınıb. Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, zəlzələ 09:20-də baş verib.

Yeraltı təkanlar Qəbələ şəhərindən 25 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin dərinliyi 11 km, maqnitudası 3,3 bal olub. Zəlzələ hiss olunmayıb.

---------
08:51

Qəbələ rayonunda zəlzələ baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınınıb. Zəlzələ hiss olunub. 10 km dərinlikdə baş verən yeraltı təkanların 5,4 bal gücündə olduğu bildirilir. Zəlzələ ətraf rayonlarda da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib.

Milli.Az

-------------
13:59

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.