Hadisə

Qax sakinini maşın vurub öldürdü - YENİLƏNİB - VİDEO

29 Sentyabr 2014 13:51
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28.09.2014
18:56

Qaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabr ayının 27-i axşam saatlarında Qax şəhəri İsmayıl Dağıstanlı küçəsində baş verib.

1967-ci il təvəllüdlü, Qax şəhər sakini Toğrul Rafiq oğlu Paşayev idarə etdiyi "Mercedes 220" markalı 90 CO 702 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1946-cı il təvəllüdlü Adil Zahid oğlu Məhərrəmovu vurub.
 
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Məhərrəmov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, A. Məhərrəmov sentyabrın 28-də xəstəxananın reanimasiya şöbəsində aldığı ağır bədən xəsarətlərindən keçinib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır. 

Milli.Az

----------------
29.09.2014
13:51

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.