Hadisə

ŞOK! Azərbaycanda evdən qaçan məktəbli qızı kütləvi şəkildə zorlayıblar

23 Sentyabr 2014 15:45
61 Şərh     Baxış: 23 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeniyetmə qız anasına acıq edəndən sonra interetdə tanış olduğu oğlanın yaşadığı rayona gedib

Azərbaycanda 14 yaşlı qızın cinsi zorakılığa məruz qalması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Zərdab rayonunda Ağdaş rayon sakini olan yeniyetmə qız zorlanıb.

Bildirilir ki, Ağdaş şəhərində yaşayan 14 yaşlı S.M və onunla qonşuluqda yaşayan 15 yaşlı A.H bir neçə gün əvvəl analarına acıq edərək evdən qaçıblar. Onlar əvvəlcədən internetdən tanış olduqları və sosial şəbəkədə Vüqar adı ilə qeydiyyatdan keçmiş Zərdab şəhər sakininin dəvəti ilə həmin rayona gediblər. Lakin burada həmin şəxs qızları qarşılamayıb və onları evdə yerləşdirməyib. Qızlar axşam saatlarında Zərdabda çaş-baş vəziyyətdə var-gəl ediblər, qalmağa yer-otel axtarıblar. Bu zaman rayondakı bir qrup oğlan qızların arxasıyca düşüb və onlara seksual xarakterli təkliflər ediblər.

Polisə daxil olan müraciətdə qeyd olur ki, 14 yaşlı S.M bir neçə oğlan tərəfindən zorla cinsi əlaqəyə məcbur edilib. Səhər saatlarında hər iki qız polis tərəfindən aşkar edilərək şöbəyə gətirilib və daha sonra ailələrinə təhvil verilib.

Qeyd edək ki, ilkin araşdırmalar nəticəsində yeniyetmə qızlarla internetdə tanış olaraq onları Zərdaba dəvət edən şəxsin adının Vüqar olmadığı üzə çıxıb. Həmin şəxsin ifadəsi alınıb.

Onu da qeyd edək ki, evdən qaçaraq başqa rayona gedən hər iki qız məktəblidir.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.