Hadisə

Azərbaycanda bir gündə iki zəlzələ - YENİLƏNİB

21 Sentyabr 2014 17:05
13 Şərh     Baxış: 6 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:05

Bu gecə Azərbaycanda zəlzələ baş verib. Milli.Az Kəpəz TV-yə istinadən bu barədə xəbər verir.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 00:59-də, Qazaxdan 26 km şimalda Ağstafa rayonu ərazisində baş verib. Onun sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb.
 

Onların gücü 0,7-1,2 bal arasında dəyişib. Budəfəki yeraltı təkanların gücü 3 baladək olub.


----------
10:48

Xəzər dənizində zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ sentyabrın 21-də saat 05.47-də Bakı şəhərindən 75 km şimalda - Xəzər dənizində qeydə alınıb.


35 km dərinlikdə, 3.0 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.