Hadisə

Bakı-Quba yolunda maşın aşdı, biri azyaşlı olmaqla 5 nəfər yaralandı

20 Sentyabr 2014 16:59
0 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün günorta saatlarında Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza magistralın 93-cü km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

90 BP 208 dövlət nömrə nişanlı "Nissan Tida" markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Xəsarət alan 1955-ci il təvəllüdlü Beleqsova Valentina Petrovna, 1988-ci il təvəllüdlü Hadıyeva Aynurə İlham qızı, 1956-cı il təvəllüdlü Səbirə Novruzova, 1978-ci il təvəllüdlü Nəcəfova Kəmalə Faiq qızı və 2003-cü il təvəllüdlü Həmidov Xanlar Elçin oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.