Hadisə

Azərbaycanda toyundan qayıdan bəy kanalda boğuldu - YENİLƏNİB

20 Sentyabr 2014 16:44
14 Şərh     Baxış: 5 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib


16:44

APA-nın xəbərinə görə hadisə bu gün Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bakı sakini Rəsulov Fuad Faiq oğlu dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib. Onun meyitini sudan tapıb çıxarmaq, hələ ki, mümkün olmayıb. Hazırda hadisə yerində olan FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyitinin tapılması istiqamətində iş aparırlar. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun özünün toy mərasimi olacaqdı.


----------
13:44

Bakı şəhər sakini Ağdaş rayonu ərazisində kanalda çimərkən suda boğulub


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Ağdaş rayonunun Kükəl kəndinin ərazisində Bakı şəhər sakini Fuad Rəsulov Yuxarı Şirvan kanalında çimərkən suda boğulub.

Onun tapılması istiqamətində tədbirlər görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.