Hadisə

Azərbaycanda hamilə qadın vuruldu, sürücü qaçdı - YENİLƏNİB

20 Sentyabr 2014 09:12
0 Şərh     Baxış: 2 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:12

Dünən axşam saat 22 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, şəhər sakini, 30 yaşlı Emiliya Yusibova həyat yoldaşı ilə piyada zolağından yolu keçmək istəyərkən "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub.

Zərəçəkmiş dərhal yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Şahidlərin sözlərinə görə, hadisəni törədən "VAZ" piyadanı vurduqdan sonra dərhal ərazidən qaçıb.

APA xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan, 1989-cu il təvəllüdlü, Elvin İsmayılov saxlanılıb.

Qüyd edək ki, zərərçəkən xanım dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər 4 aylıq hamilə olan qadının vəziyyətinin normal, ginekologiya şöbəsində nəzarətində olduğunu bildiriblər.

Faktla bağlı şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

--------
0:16

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Həyat yoldaşı ilə yolu keçmək istəyən, 1983-cü il təvəllüdlü Yusibova Emilya Səttar qızı, "VAZ 2106" markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hazırda sürücünün kimliyi və onun saxlanılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində tədbirlər həyata keçirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.