Hadisə

Vüsal Həsənovun "beşbarmağ"ı

19 Sentyabr 2014 22:04
0 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Antalya-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Vüsal Həsənova məxsus baqaj rentgen aparatından keçirilərkən monitorda "beşbarmağ"a oxşar predmetin təsviri görün­üb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin yükə təkrar gömrük baxışı keçirmiş və bu zaman V.Həsənova məxsus çamadandan 1 ədəd metaldan hazır­lanan "beşbarmaq" aşkar olunub.

Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet kustar üsulla hazırlanmış əzici-vurucu xassəyə malik soyuq silah olub və təyinatı üzrə istifadəyə yararlıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.