Hadisə

Azərbaycanda əsgərliyə getmək istəyən gəncin beyni dağıldı

19 Sentyabr 2014 15:02
1 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzda səhər saatlarında baş verən qəzada hərbi xidmətə getməyə hazırlaşan gənc dünyasını dəyişib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində baş verib.

Çörək almaq üçün avtomobili ilə evdən çıxan 18 yaşlı kənd sakini Elvin Şirinov geri qayıdarkən qəza törədib. Hadisə şahidlərinin sözlərinə görə,"VAZ 21-011" markalı avtomobilin təkəri qəfildən partlayıb və sürücü idarəetməni itirərək maşını yol kənarındakı dirəyə çırpıb. Ağır avtoqəza nəticəsində başından xəsarət alan gənci Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.