Hadisə

Oğlunun görüşünə gəlmiş anadan telefon götürüldü

19 Sentyabr 2014 13:01
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı 12 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Sumqayıt şəhəri, yataqxana 9, məhəllə 41, ev 7, mənzil 19 ünvanında yaşayan vətəndaş Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasından 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Anar Alaverdiyev Cinayət Məcəlləsinin 289.2 və 66.5 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.