Hadisə

Bakıda sürücünün səhvi sərnişini canından etdi

19 Sentyabr 2014 11:46
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobilin maneəyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Kürdəxanı - Pirşağı şossesində 1989-cu il təvəllüdlü Ramin Əsədov "Saipa" markalı avtomobilin idarə etməsini itirərək maneəyə vurub. Nəticədə sərnişin, 1988-ci il təvəllüdlü Samir Hüseynov hadisə yerində ölüb, R.Əsədov və digər sərnişin, 1995-ci il təvəllüdlü Murad Mustafayev isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.