Hadisə

Bakıda "Zaporojets" "Mercedes"lə toqquşduqdan sonra yandı - YENİLƏNİB - FOTO - VİDEO

19 Sentyabr 2014 13:57
3 Şərh     Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Bakının Nəsimi rayonu ərazisində Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində yol qəzası baş verib


10:54

APA TV-nin məlumatına görə, Şəmsi Bədəlbəyli küçəsi ilə hərəkətdə olan "ZAZ" ("Zaporojets") markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığına məhəl qoymayıb. Bu vaxt Səməd Vurğun küçəsi ilə hərəkətdə olan və Kəramət Haşımova məxsus "Mercedes"lə qaydanı pozan avtomobil toqquşub. Toqquşmadan sonra "Zaporojets" səkiyə çırpılıb və yanmağa başlayıb.

Hələlik şəxsiyyəti məlum olmayan sürücü və avtomobildəki sərnişin yanan maşını qoyaraq hadisə yerindən qaçıblar. Ətrafdakı şəxslər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan maşını söndürüblər.

Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları qəzaya səbəb olan sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparırlar.

Milli.Az

----------
13:57

Videonu izləmək üçün şəkilə klikləyin.



----------
10:54

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.