Hadisə

Birinci sinif şagirdini maşın vurdu

18 Sentyabr 2014 14:33
2 Şərh     Baxış: 1 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib

APA-nın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sığırlı kənd orta məktəbinin birinci sinif şagirdi, 2008-ci il təvəllüdlü Səfərova Rəvanə Ramil qızı dərsdən çıxaraq evə gedərkən Bakı-Qazax yolu ilə hərəkətdə olan minik avtomobili ilə vurulub. Müxtəlif bədən xəsarətləri alan Rəvanə Səfərovanı onu vuran maşının sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qızcığazın vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.