Hadisə

Xanımının yoxluğuna dözə bilməyən kişi özünü asdı - YENİLƏNİB

18 Sentyabr 2014 16:57
5 Şərh     Baxış: 3 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:57

Sentyabrın 17-də özünü yaşadığı evdən asan Quba sakini, 54 yaşlı İmran İsgəndərovun intihar səbəbi məlum olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, İ.İsgəndərovun həyat yoldaşı Fəridə İsgəndərova 2 il əvvəl vəfat edib.

Quba rayon Prokurorluğundan verilən məlumata görə, həyat yoldaşının ölümünə dözə bilməyən iki oğul atası sonda intihar etmək qərarına gəlib. O, ölümündən əvvəl oğullarına məktub da yazıb. Məktubda "Fəridəsiz yaşaya bilmirdim" ifadəsi qeyd olunub.

Qeyd edək ki, biri 26, digəri 24 yaşında olan İ.İsgəndərovun hər iki oğlu subaydır.

Faktla bağlı cinayət işi açılıb.

----------
10:36

Quba rayonunda intihar hadisəsi baş verib


Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə sentyabrın 17-də qeydə alınıb. Quba rayon sakini, 1960-cı il təvəllüdlü İmran İsgəndərov yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.