Hadisə

Bakının mərkəzindəki məşhur oteldə bomba həyəcanı

17 Sentyabr 2014 12:12
0 Şərh     Baxış: 1 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Otelə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub

Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan və Səbail rayonu, Neftçilər prospektində yerləşən "Hilton" otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, informasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb ediliblər. Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.

Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.