Hadisə

Bakıda obyektləri yağmalayan dəstə tutuldu

17 Sentyabr 2014 11:56
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xəzər RPİ CAŞ, PPXB və 1-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Ceyhun Şamilov, Tərlan Hüseynov, Nicat Kərimov və qardaşı Ağabala tutulublar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildirildiyinə görə, məlum olub ki, onlar avqustun 14-də N.Hüseynov küçəsində yerləşən, Əhməd Abbasova məxsus lombarddan pul oğurlasalar da, həmin gün eyni məqsədlə daxil olduqları, Zirə qəsəbəsində yerləşən 120 saylı Poçt filialında istədiklərinə nail olmayıblar.

Bundan başqa araşdırmalar zamanı məlum olub ki, yaxalanan şəxslər iyulun 25-nə keçən gecə Zirə qəsəbəsində yerləşən yerləşən, Vüsal Məmmədliyə məxsus aptekdən, avqustun 4-də Rəfael Əliyevə və sentyabrın 6-da Mais Məmmədova məxsus mağazalardan pul oğurlayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.