Hadisə

Bakıda qəza: sürücü maşınında 2 nəfər yaralını qoyub qaçdı - FOTO

17 Sentyabr 2014 09:07
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda xəsarətlə nəticələnən yol qəzası vaş verib.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda qeydə alınıb. İlkin Vəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə adı hələlik məlum olmayan sürücünün idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub. Hadisə nəticəsində "VAZ-2107"nin sərnişinləri - Xəlil FətullayevAleksandr Larionov ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Sürücü isə avtomobilini qoyaraq hadisə yerini tərk edib.

Hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən baş verməsi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.