Hadisə

Azərbaycanda diş texniki öldürdülər

16 Sentyabr 2014 22:02
0 Şərh     Baxış: 3 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə iki nəfərin mübahisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhərin Kəpəz rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Şəmkir rayonu, Çinarlı kənd sakini, 1996-cı il təvəllüdlü Ayxan İbrahimli mübahisə zəminində Şəki rayon Cəfərabad kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Məmmədovu bıçaqlayıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən A. İbrahimli polis tərəfindən saxlanılıb. Məlumata görə, Vasif Məmmədov qardaşı ilə Gəncədə diş texniki fəaliyyəti ilə məşğul olurmuş. Yaxınlarının verdiyi məlumata görə, Ayxan İbrahimli onların yanında texnikliyi öyrənirmiş. Hadisənin paltar üstündə yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.