Hadisə

Xaçmazda maşın aşdı, yaralılar var

16 Sentyabr 2014 10:37
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda rayonunda yol-nəqliyyat hadisəsi baş verib

APA-nın verdiyi məlumata görə, hadisə Qımılqışlaq-Hacıisaoba yolunda qeydə alınıb.

Xaçmaz rayonu Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Orxan Hacı oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşın idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin Xaçmaz rayonu, Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Həbibov Famil Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

F.Həbibov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

O.Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.