Hadisə

Azərbaycanda baş verən dəhşətli qəzada ölənlərin sayı 6-ya çatdı

16 Sentyabr 2014 09:12
2 Şərh     Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 14-də gecə saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən qəza zamanı xəsarət alanlardan daha iki nəfəri dünyasını dəyişib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu və onun 9 yaşlı qızı Fərqanə Alıyevanın həyatını xilas etmək mümkün olmayıb. Ata və qızı sentyabrın 15-də günün sonuna doğru dünyalarını dəyişiblər.
 

Xatırladaq ki, sentyabrın 14-də Ağcabədi rayonunda 4 nəfərin ölümü, 6 nəfərin yaralanmasıyla nəticələnən yol qəzası baş vermişdi. BMW, "Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində Kənan Alıyevin həyat yoldaşı Naibə Alıyeva və oğlu 7 yaşlı Fəqan Alıyev həyatlarını itirmişdi. Ailənin sağ qalan yeganə üzvü, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızının vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.